Modern.az

Bu il 1 milyondan çox insan koronavirusdan ölüb

Bu il 1 milyondan çox insan koronavirusdan ölüb

Aktual

25 Avqust 2022, 19:54

2022-ci ildə dünyada koronavirusdan ölənlərin sayı 1 milyon nəfəri keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus bildirib.

 

O, bu göstəricini "faciəvi səhifə" adlandırıb.

 

Ümumilikdə isə pandemiyanın əvvəlindən bu günədək koronavirusdan ölənlərin sayı 6,4 milyon nəfəri ötüb, yoluxanların sayı isə 600 milyon nəfərə yaxınlaşır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər