Modern.az

İranda su qıtlığı etirazlara səbəb oldu

İranda su qıtlığı etirazlara səbəb oldu

Aktual

26 Avqust 2022, 11:10

İranın qərbində yerləşən Həmədan şəhərində yüzlərlə insan içməli su qıtlığına etiraz olaraq küçələrə çıxıb.

 

Modern.az xəbər verir ki, ardıcıl ikinci gündür nümayişçilər boş su qabları ilə qubernatorluq binasının qarşısına gəliblər.

 

Məlumata görə, Həmadan şəhərində su xəttinin kəsilməsinə etiraz etmək üçün 200 nəfər qubernatorluq binası qarşısına toplaşıb. 

 

Şəhərin bəzi hissələrinin 8 gündür susuz qaldığı bildirilir. Əllərində boş şüşə tutan nümayişçilər hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı