Modern.az

Milli Qəhrəmanlardan Mehriban Əliyevaya TƏBRİK

Milli Qəhrəmanlardan Mehriban Əliyevaya TƏBRİK

Aktual

26 Avqust 2022, 13:00

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

 

Doğum günü təbriklərinə Azərbaycanın Milli Qəhrəmanları da qoşularaq, birinci xanıma uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıblar. 

 

Bu barədə Modern.az-a danışan Milli Qəhrəmanlar Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına dəstək olduğunu bildiriblər. 

 

Milli Qəhrəman İbad Hüseynov: "Mehriban xanım Əliyevanın Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ümummilli lider Heydər Əliyev ideyalarının təşəkkülü, Azərbaycan həqiqətlərinin dünyaya layiqincə çatdırılması istiqamətində çətin, məsuliyyətli və şərəfli işlərindən qürur duyuruq.

 

Mehriban xanımın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı olaraq, möhtərəm Prezidentimizlə çiyin-çiyinə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə apararaq şanlı Zəfərin qazanılmasında böyük töhfələr verib. Bu sevindirici haldır.

 

44 günlük Vətən müharibəsində iştirak etmiş, xüsusilə şəhid olmuş və sağlamlığını itirmiş qardaşlarımıza və ailə üzvlərinə göstərdiyi qayğı və sayğı Mehriban xanımın həyat qayəsinə çevrilib.

 

Mehriban xanıma bir daha ürəkdən təbriklərimizi çatdırır, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni-yeni uğurlar arzu edirik. Ulu Tanrı hər zaman həyat yoluna nur çiləsin İnşallah!”.

 

Milli Qəhrəman Ehtiram Əliyev: “Mehriban xanım qazilərə qardaş kimi qayğı göstərir, daim şəhid ailələrinin yanındadır, onların problemləri, qayğıları ilə maraqlanır. Mehriban xanımın siyasi fəaliyyəti də göz qabağındadır. Ölkənin birinci xanımı kimi gördüyü işlər qürurvericidir.

 

İndiyədək çox böyük işlər görüb, çox insanlara yardım edib. Biz hər zaman Ali Baş Komandanın və Mehriban xanımın yanındayıq. Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?