Modern.az

Türkiyəli jurnalist Qarabağa görə ÜZR İSTƏDİ

Türkiyəli jurnalist “Qarabağ”a görə ÜZR İSTƏDİ

Aktual

26 Avqust 2022, 13:32

Türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç "A Spor" telekanalında yayımlanan "Son Sayfa" verilişində "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib. Onun belə səhvə yol verməsi sosial şəbəkələrin Azərbaycan seqmentində etirazlara səbəb olub.  

 

Modern.az xəbər verir ki, haqlı etirazlardan sonra Gürcan Bilgiç “Qarabağ”ı Ermənistan komandası kimi təqdim etməsinə görə üzr istəyib. 

 

“Sevgili qardaşlarım, əsəbinizi anlayıram. Canınız sağ olsun. Gecə saat 01:30-da yorğunluq var idi. Qarabağ – Qaradağ (Monteneqro) deyərkən qarışdırdım. Buna görə üzr istəyirəm. Haqqınızı halal edin”, - türkiyəli jurnalist sosial şəbəkə hesabında yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı