Pakistan səfirliyi Laçın şəhəri, Zabux və Sus kəndlərinin qaytarılması ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee sosial şəbəkə hesabında yazıb.
"Qardaş Azərbaycanın daha bir ərazisinə nəzarəti qaytardığına görə təbrik edirəm. Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram",- paylaşımda deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.