Modern.az

Operativ Qərargahdan vaksin açıqlaması

Operativ Qərargahdan vaksin açıqlaması

Aktual

26 Avqust 2022, 16:36

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1301 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza vaksin vurduranların sayı 738, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 143 nəfərdir.

 

İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 854 508, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 372 766, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 080, üç və daha çox doza vaksin vurduranların sayı 3 360 988, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 674 təşkil edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı