Modern.az

Avropa İttifaqı diplomatik akademiya yaradır

Avropa İttifaqı diplomatik akademiya yaradır

Aktual

27 Avqust 2022, 09:31

Avropa İttifaqı (Aİ) Avropa Diplomatik Akademiyasının yaradılması üzrə pilot layihəyə başlayır. Bu layihə Aİ-nin prinsipləri və maraqlarının dünyada təşviqi üçün kadr bazasına çevrilmək məqsədi daşıyır.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.

 

"Mürəkkəb böhranların yaşandığı daha mürəkkəb dünyada Aİ-nin diplomatik səsinin daha yüksək səslə eşidilməsinə ehtiyac var", - Borrel deyib.

 

Tədris kursu Aİ-nin Brüsseldəki Avropa təsisatlarında, həmçinin NATO kimi Avropanın xarici və təhlükəsizlik siyasəti ilə bağlı təşkilatlarda müntəzəm təcrübəni əhatə edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər