Modern.az

Oliqarxın 143 milyonluq yaxtası müsadirə edildi

Oliqarxın 143 milyonluq yaxtası müsadirə edildi

Aktual

4 Noyabr 2022, 23:37

İspaniyada rusiyalı oliqarxın 143 milyon avro dəyərində yaxtasına məhkəmə qərarı ilə həbs qoyulub.

 

Modern.az xəbər verir ki, rusiyalı iş adamı Sergey Çemezova məxsus lüks yaxta ələ keçirilib.

 

Barselona məhkəməsi 85 metr uzunluğundakı “Meridan A” yaxtasının mart ayından texniki xidmət haqqının ödənilməməsi səbəbindən açılan iddia əsasında müsadirə edilməsinə qərar verib.

 

Sözügedən yaxta Rusiya prezidenti Vladimir Putinə yaxın olan “Rostec State Corp” dövlət müdafiə şirkətinin yüksək vəzifəli məmuru, keçmiş KQB agenti Sergey Çemezovun ögey qızının adına qeydiyyatdan keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı