Modern.az

Zelenskidən Rusiya ilə bağlı dünya liderlərinə MÜRACİƏT

Zelenskidən Rusiya ilə bağlı dünya liderlərinə MÜRACİƏT

Aktual

8 Noyabr 2022, 21:35

Rusiyanın Ukraynaya təcavüzü dünya hökumətlərini iqlim dəyişikliyi ilə mübarizə səylərindən yayındırıb.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Misirdə keçirilən COP27 iqlim konfransının iştirakçılarına videomüraciəti zamanı deyib.

 

O, Rusiyanın Ukraynaya təcavüzünün qlobal enerji təchizatı, ərzaq qiymətləri və Ukrayna meşələrinə təsirindən danışıb.

 

"Sülh olmadan effektiv iqlim siyasəti ola bilməz", - Zelenski çıxışında qeyd edib. O, həmçinin bildirib ki, Rusiya Ukraynada 5 milyon hektar meşəni məhv edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?