Modern.az

İran ilk dəfə hipersəs ballistik raket hazırladı

İran ilk dəfə hipersəs ballistik raket hazırladı

Aktual

10 Noyabr 2022, 11:30

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - Silahlı Qüvvələrin elit bölmələri) komandiri Əmirəli Hacızadə cümə axşamı bildirib ki, İran ilk yerli hipersəs ballistik raketi hazırlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
 

"Bu yeni raket bütün raket əleyhinə müdafiə sınaq sistemlərindən keçəcək və mən düşünmürəm ki, onilliklər ərzində ona qarşı durmağa qadir texnologiyalar olacaq", - SEPAH komandiri bldirib.


Əmirəli Hacızadə vurğulayıb ki, hazırlanmış raket düşmənin raket əleyhinə sistemlərinin məhv edilməsi üçün həll yoludur. Onun sözlərinə görə, bu cür silahların hazırlanması raket istehsalında böyük sıçrayışdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?