Modern.az

Tokayev Azərbaycan-Ermənistan münasibətlərindən DANIŞDI

Tokayev Azərbaycan-Ermənistan münasibətlərindən DANIŞDI

Aktual

10 Aprel 2023, 16:14

“Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində qarşılıqlı səmərəli fəaliyyət göstərir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelərdən çıxış edirlər".

 

Modern.az Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev deyib.

 

"Bu mənada qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin diplomatik yolla tənzimlənməsinin tərəfdarıdır, həmçinin sülh müqaviləsinin mümkün qədər tez bağlanması səylərini alqışlayır", - Tokayev bildirib.

 

"Bütövlükdə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsi və birgə tədbirlərin görülməsi zərurəti barədə ümumi anlayışımız var”, - Qazaxıstan prezidenti əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?