Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya rəsmi səfəri çərçivəsində Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevlə bir sıra sənədlər imzalanıb.
Modern.az Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, imzalanan sənədlər aşağıdakılardır:
1. Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirliyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında Anlaşma və Əməkdaşlıq Memorandumu;
2. Qazaxıstan Respublikasının “Fond Otandastar” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında Anlaşma Memorandumu;
3. Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi əməkdaşlığa dair Anlaşma Memorandumu;
4. “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” QSC ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi arasında anlaşma və əməkdaşlıq memorandumu;
5. Qazaxıstan Xarici Ticarət Palatası MMC ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu;
6. Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum.