Modern.az

İrəvan sülh müqaviləsi ilə bağlı detalları AÇIQLADI

İrəvan sülh müqaviləsi ilə bağlı detalları AÇIQLADI

Aktual

17 Aprel 2023, 15:13

"İrəvan üçün əsas olan 29,8 min kvadrat kilometr ərazinin təhlükəsizliyini təmin etmək vacibdir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

 

Qeyd olunub ki, sülh müqaviləsinin imzalanmasının Qarabağ məsələsindən ayrıla biləcəyi yanaşma İrəvan üçün də məqbuldur.

 

Bildirilib ki, müqavilə üzərində iş çərçivəsində artıq 3 mərhələ geridə qalıb və bu mərhələdə Ermənistan və Azərbaycan öz təkliflərini mübadilə ediblər.

 

"İrəvan təkliflərini sonuncu dəfə 2023-cü il fevralın 14-də göndərib", - əlavə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?