Modern.az

İsraildən Azərbaycana gələnlərin sayı artıb - İrandan isə azalma var

İsraildən Azərbaycana gələnlərin sayı artıb - İrandan isə azalma var

Aktual

14 Aprel 2026, 15:35

Bu ilin yanvar-fevral aylarında Azərbaycana İrandan 30 506 nəfər, İsraildən isə 8 863 turist gəlib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, İrandan gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azdır. Belə ki, ötən ilin yanvar-fevral aylarında bu göstərici 31 421 nəfər təşkil edib.

İsrailli turistlərin sayında isə kəskin artım müşahidə olunur. Belə ki, ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Ötən ilin yanvar-fevral aylarında bu göstərici 4 147 nəfər olub.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV