Modern.az

Gəncə Dövlət Universitetində elmi konfrans keçirilib - FOTOLAR

Gəncə Dövlət Universitetində elmi konfrans keçirilib - FOTOLAR

Aktual

Bu gün, 15:10

Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Fizikanın müasir çağırışları” adlı respublika elmi  konfransı keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.

Elmi konfransda Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Fizika və texniki fənlər fakültəsinin dekanı, professor  Muğan Quliyev, Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  Fizika İnstitutunun əməkdaşları və doktorantları, GDU-nun Fizika kafedrasının müdiri Yəhya Namazov, eləcə də ÜTF və texnologiya kafedrasının müdiri Elçin Cavadov, pedaqoji heyət və  magistratura səviyyəsində təhsil alan tələbələr iştirak ediblər.

Elmi  konfrans kondensə olunmuş maddə fizikası, fizikanın tədrisi, tətbiqi və materialşünaslıq, onun tətbiqi və digər elmi istiqamətlərə həsr olunub. Mövzu ilə bağlı 70-dən çox məqalə nəşr edilib.

Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, ölkəmizdə energetika və elektron  sənayesinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bütün sahələrdə olduğu kimi energetika, elektronika və alternativ enerji mənbələrinin  inkişafına böyük önəm verilir və bu sahədə mühüm tədbirlər həyata keçirilir.

Fizika və texniki fənlər fakültəsinin dekanı, professor  Muğan Quliyev  çıxış edərək “Fizikanın müasir çağırışları” adlı respublika konfransının elmi səmərəsindən bəhs edib. Bildirib ki, konfransın təşkili gənc tədqiqatçıların müvafiq sahə üzrə elmi fəaliyyətə marağının artırılması, onların elmi potensialının inkişaf etdirilməsi və innovativ tədqiqatlara təşviq olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov magistratura səviyyəsində təhsil alan tələbələrin elmi seminarlarda və konfranslarda fəal iştirakının onlarda analitik düşüncə bacarıqlarının inkişafına, müasir elmi yeniliklərlə yaxından tanış olmasına və gələcək tədqiqatçı kimi formalaşmasına fayda verəcəyini bildirib.

Fizika kafedrasının müdiri, dosent Yəhya Namazov müasir dövrdə fizika elmi qarşısında duran aktual məsələlərdən ətraflı danışıb. Eyni zamanda, fundamental və tətbiqi fizika sahələrində aparılan müasir elmi araşdırmaların texnoloji tərəqqinin sürətləndirilməsi, innovativ həllərin formalaşdırılması və cəmiyyətin dayanıqlı inkişafının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuylayıb.

Konfrans 3 bölmə iclası ilə davam edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı