Modern.az

Türkiyə Ermənistanla sərhədi açdı - FOTOLAR

Türkiyə Ermənistanla sərhədi açdı - FOTOLAR

Aktual

13 İyun 2026, 10:37

Ermənistanın Livan üçün ayırdığı humanitar yardımı daşıyan 4 yük maşını Türkiyə sərhədini keçib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki,  yük maşınları iyunun 12-də Marqara keçid məntəqəsini keçərək Türkiyə ərazisi vasitəsilə Livana yola düşüb.

Sərhədlərin müvəqqəti açılması Ermənistan Baş nazirinin Aparatı və Xarici İşlər Nazirliyi Türkiyə tərəfi ilə aparılan danışıqlar nəticəsində gəlinən razılığa əsasən baş tutub.

Ümumilikdə 80 ton olan humanitar yükə 38 ton dərman və gigiyena vasitələri, eləcə də 42 ton qida məhsulları (konservlər və tez xarab olan ərzaqlar) daxildir.

 

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ