Modern.az

Türkdilli Ölkələrin Parlament Jurnalistlər Assosiasiyası yaradılıb

Türkdilli Ölkələrin Parlament Jurnalistlər Assosiasiyası yaradılıb

Media

29 Sentyabr 2009, 15:54

Modern.az xəbər verir ki, sentyabrın 29-da Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci plenar iclası çərçıvəsində bu ölkələrin parlamentlərində akkreditə olunmuş jurnalislərin də toplantısı keçirilib. Onlar Türkdilli Olkələrin Parlament Jurnalistlər Assosiasiyasının yaradılması  ilə bağlı razılığa gəliblər. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan parlament jurnalistləri təmsilçilərinin birgə toplantısında “Zaman”-Qırgızıstan qəzetinin baş redaktoru və parlament müxbiri, Türkiyənın Cihan Agentliyinin Qırgızıstan təmsilçisi Aydın Pazarçı qurumun sədri, Azərbaycan, Türkiyə və Qazaxıstandan olan nümayəndələr isə onun müavinləri seçiliblər. Ölkəmizi təşkilatda Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı təmsil edəcək.

PJB sədri Elşad Eyvazlı bildirib ki, quruma sədrliyin ildə bir dəfə növbəlılık prinsipi ilə həyata keçirilməsi nəzərdə tutulur: “Yaxın zamanlarda Türkdilli Ölkələrin Parlament Jurnalistlər Assosiasiyasının Nizamnaməsi təsdiqlənəcək. Qarşılıqlı səfərlər təşkil olunacaq və təcrübə mübadiləsi aparılacaq. Çalışacağıq ki, Türkdilli Ölkələrin Parlament Jurnalistlər Assosiasiyası böyük beynəlxalq quruma çevrilsin. Özbəkistan və Türkmənistanlı həmkarlarımızın bu quruma qoşulması əsas hədəflərimizdəndir”.

 

   

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi