16 mart 2021, 17:31 | Ana Səhifə - Yazılar - İdmançılara, müğənnilərə, jurnalistlərə, həkimlərə, bütün Azərbaycanlılara AĞDAM MÜRACİƏTİ
İdmançılara, müğənnilərə, jurnalistlərə, həkimlərə, bütün Azərbaycanlılara AĞDAM MÜRACİƏTİ

Elşad Eyvazlı

Üç gün öncə böyük bir heyətlə Ağdamda idik.

 

Yerlə yeksan edilmiş kəndlər, izi silinmiş qəbiristanlıqlar, zorlanmış bir şəhər vardı qarşımızda. O boyda Ağdamın ancaq adı vardı, özündən əsər-əlamət qalmamışdı.

 

İşğaldan azad edilmiş Ağdamda hər tərəf "erməni" idi. Hər cığırdan, hər daşdan erməni vəhşiliyi boylanırdı. Biz bir tərəfə, əslən Ağdamdan olanlar da sanki harada olduqlarını kəsdirə bilmirdilər. Hətta hiss edirdin ki, onlar bu dözülməz gerçəkliyin içindən qaçıb xəyalən keçmişə getmək istəyirlər, amma gerçəkliklər buna imkan vermirdi.

 

Səfər yoldaşlarımın bəzilərinin gözündən “Keşkə gəlməsəydim, Ağdamın bu gününü görməsəydim” fikirlərini də oxumaq elə çətin deyildi.

 

Bəli, indi Ağdama getməmək bir dərddirsə, gedib o halını görmək bundan min qat ağırdır.

 

Getdiyimiz gün geri döndük. İçi mən qarışıq hər kəs təəssüratını bölüşməyə başladı. Birimiz belə, birimiz elə...

 

Yadıma məktəb illəri düşdü. O zaman bizim üçün Araz çayı, Təbriz ən dərdli mövzu idi. Ancaq bu mövzunu şeirdən, bayatıdan, sazdan o tərəfə adlaya bilmirdik.

 

Bir dəfə rəhmətlik tarix müəllimimizdən soruşmuşdum ki, bəs, biz niyə Arazı keçmirik, Təbrizə getmirik?..

 

Cavabı çox qısa olmuşdu: sovet ideologiyası ancaq saza, şeirə icazə verir.

 

Amma dərdə ağlamaqla dərd bitməz, dərdə əlac tapmaq lazımdır.

 

İndi Ermənistanı, erməniləri, Ermənistanın müdafiəçilərini dünyaya tanıtmağın ən yaxşı zamanıdır. Çünki "onlar" azad edilmiş bölgələrimizdə daha açıq, daha çılpaq görünürlər.

 

İşğaldan azad edilmiş hər bir bölgənin hər cığırında, hər daşında "erməni" var: Yerlə yeksan edilmiş kənd, izi silinmiş qəbiristanlıq, zorlanmış şəhər, bunlar hamısı erməni əsəridir.

 

Biz bu erməniləri usanmadan, yorulmadan dünyaya göstərməliyik.

 

Prezidentin köməkçisi Hikmət Hacıyev demək olar ki, hər həftə xaricdən gələn fərqli heyətlərə Qarabağdakı "erməniləri"  göstərir.

 

Bəs biz? Əlimizi bağlayan, yolumuzu kəsənmi var... Niyə kömək etmirik?

 

Niyə Qurban Qurbanov, Rəşad Sadıqov Messini, Ronaldonu Qarabağın Ağdamdakı indiki məhv edilmiş stadionuna dəvət etmir? Gəlməyəcəklər, gəlməsinlər, bu dəvətin özü dünyada səs-küy qoparacaq xəbər olacaq... Amma mütləq gələn də olacaq...

 

Niyə “Qarabağ”ın məktəb yaşlı oyunçuları məktub yazaraq dünyanın tanınmış futbolçularını, klublarını Ağdamdakı darmadağın olunmuş stadionuna dəvət etməsin?

 

Bir Messinin, bir Ronaldonun, bir Məsutun bir tvit-i min BBC-nin gerçəyi dünyaya çatdırmaq acısından daha effektli olacaq.

 

Müğənnilər də, həkimlər də, jurnalistlər də, alimlər də, diaspor nümayəndələri də - hamı, uşaq da, yaşlı da, bütün azərbaycanlılar Ağdamdakı, işğaldan azad edilmiş bölgələrdəki "erməniləri" dünyaya göstərmək üçün ölüm-dirim mübarizəsinə qoşulmalıdır.

 

Bu yazını idmançılara, müğənnilərə, jurnalistlərə, həkimlərə, bütün Azərbaycanlılara AĞDAM MÜRACİƏTİ kimi də qəbul edə bilərsiniz.

 

“Dünya həqiqəti görür, sadəcə ikili yanaşması var” deyib keçməyək.

 

Ağdamdakı "erməniləri" tam yox edəndən sonra saz da çalarıq, şeir də yazarıq, bayatı da deyərik. İndi isə bunun vaxtı deyil.

Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?