Modern.az

Sərhədin delimitasiyası üçün iki variant var - Paşinyan

Sərhədin delimitasiyası üçün iki variant var - Paşinyan

Dünya

15 Fevral 2024, 12:20

"Azərbaycanla sərhədin delimitasiyası üçün iki variant var".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

 

O, birinci varinatı açıqlayıb: "Sərhədin bütün uzunluğu və biz onu həyata keçirməyə başlayırıq".

 

"İkinci variant odur ki, biz sərhədi parçalara ayırırıq və hissə-hissə irəliləyirik. Hətta razılaşırıq ki, bölgə-bölgə demarkasiya aparılsın, hər bir bölgədə sərhədi təkrar müəyyən edək, sonra isə anklav məsələsini son mərhələyə buraxaraq qoşunların yerləşdiyi yerləri dəqiqləşdirək", - Paşinyan ikinci variantı izah edib.

 

Onun sözlərinə görə, Ermənistan bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyır və öz sərhədlərindən kənarda heç bir niyyəti yoxdur.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...