Modern.az

Putindən Azərbaycanla Ermənistan arasındakı sazişə REAKSİYA

Putindən Azərbaycanla Ermənistan arasındakı sazişə REAKSİYA

Dünya

24 Oktyabr 2024, 14:53

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışında danışıb.

 

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını qeyd etmək çox xoşdur. Putin vurğulayıb ki, delimitasiya və demarkasiya proseslərinin başlanması sülh müqaviləsinə gedən düzgün yoldur.

 

 

Rusiya lideri sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında fikir mübadiləsinin aparılmasının tədbirə müsbət dəyər qatdığını söyləyib.

 

Putin, həmçinin vurğulayıb ki, Azərbaycanın tranzit dəhlizlər baxımından əhəmiyyəti çox böyükdür. O əlavə edib ki, Azərbaycan və Rusiya arasında artan ticarət dövriyyəsi də xüsusi əhəmiyyət daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?