Modern.az

Özbəkistanda parlament seçkiləri başa çatdı

Özbəkistanda parlament seçkiləri başa çatdı

Dünya

27 Oktyabr 2024, 20:24

Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə səsvermə başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Seçki məntəqələri saat 20:00-da bağlanıb və səslərin hesablanması başlayıb.

 

Yekun seçici fəallığı və seçkilərin nəticələri ilə bağlı ilkin məlumatlar oktyabrın 28-də açıqlanacaq.

 

Seçkilərdə Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP), Özbəkistan Xalq Demokratik Partiyası (ÖXDP), Özbəkistanın “Milliy Tiklanish” Demokratik Partiyası (“Milli Dirçəliş”), “Adolat” Sosial Demokrat Partiyası (“Ədalət”) və Ekologiya Partiyası mübarizə aparıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!