Modern.az

Paşinyanın partiyası Ağrı dağından imtina etdi

Paşinyanın partiyası Ağrı dağından imtina etdi

Dünya

29 Oktyabr 2024, 10:20

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının nizamnaməsindən  “Ararat dağı” ifadəsi çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Joğovurd” qəzeti yazıb.

 

Bildirilir ki, partiyanın əsas sənədində və ya “nizamnamə”sində emblemdə istifadə olunan əl sıxma işarəsinin Ağrı dağına oxşaması ilə bağlı bənd var idi. 

 

"Ağrı dağının adı partiyanın əsas sənədindən çıxarıb. “Joqovurd” qəzeti hakim partiyanın əsas sənədinin redaktə edildiyini və “Ağrı dağı” ifadəsinin çıxarıldığını müəyyən edib. Maraqlıdır, bu nizamnamə dəyişikliyi dövlət reyestrində qeydə alınıb?", - məqalədə qeyd olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV