2026-cı il üzrə Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən etibarən açıqlanacaq.
Modern.az Nobel Fondunun rəsmi saytına istinadən xəbər verir ki, qaliblərin elan olunma təqvimi belədir:
5 oktyabr — fiziologiya və ya tibb;
6 oktyabr — fizika;
7 oktyabr — kimya;
8 oktyabr — ədəbiyyat;
9 oktyabr — sülh;
12 oktyabr — iqtisadiyyat elmləri.
Laureatlara Nobel mükafatları Alfred Nobelin vəfatının ildönümündə — dekabrın 10-da təqdim ediləcək.
Nobel Sülh Mükafatının təqdimat mərasimi Norveçin paytaxtı Osloda, digər mükafatların təqdimatı isə İsveçin paytaxtı Stokholmda keçiriləcək.