Modern.az

38 yaşlı kişi yaşadığı evdə ÖZÜNÜ ASDI

38 yaşlı kişi yaşadığı evdə ÖZÜNÜ ASDI

Hadisə

27 Mart 2023, 20:09

Göyçay rayonunda intihar hadisəsi olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Şahsoltanlı kənd sakini, 1985-ci il təvəllüdlü Həmidov Rəhim Nazir oğlu bu gün yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

 

Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək