Modern.az

Bakıda 2024-cü ilin ilk körpəsini qəbul edən ginekoloq rekorda imza atdı - FOTO

Bakıda 2024-cü ilin ilk körpəsini qəbul edən ginekoloq rekorda imza atdı - FOTO

Hadisə

1 Yanvar 2024, 10:54

Xəbər verdiyimiz kimi, Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.
 

TƏBİB-in məlumatına görə, 01.01.2024-cü il tarixində saat 00:01-də doğulan körpəni 24 yaşlı Göyçay sakini Günel Rəsulzadə dünyaya gətirib. Uşağın cinsi qız, boyu 48 sm, çəkisi 2 kq 580 qr olub. Valideynləri onun adının Nilay olacağına qəərar veriblər.


Körpəni Yeni Klinikanın mama-ginekoloqu Ahdab Əzim qəbul edib.

Yeni Klinika-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Modern.az-a bildirib ki, Dr. Ahdab Əzim 31 dekabrdan 1 yanvara keçən gecə ümumilikdə 4 körpənin doğuşunu qəbul etməklə rekirda imza atıb.


“Doktor Ahdab Əzim Yeni il gecəsinin rekordçu ginekoloqudur”, - N.Allahyarova deyib.

Tibb üzrə fəlsəfə doktoru Ahdab Əzim 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə profilaktika fakültəsində təhsil alıb.

2011-2013-də ATU-da mamalıq və ginekologiya üzrə klinik ordinatura keçib.

2014-2018-də ATU-da aspirantura təhsili alıb. 2021-ci ildə "Keysəriyyə əməliyyatından sonra qarın boşluğunda və kiçik çanaqda olan dəyişikliklər" adlı dissertasiya müdafiə edib.

Türkiyə, Avstriya, Birləşmiş Ərəb Əmirliklərindəki klinikalarda təcrübə keçib.

Cərrah mama-ginekoloq Ahdab Əzim ingilis, rus, fransız və ərəb dillərini bilir. O, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının koordinatorudur.



A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir