Modern.az

İstirahət mərkəzində faciə - Suya tullanarkən başı daşa dəyib öldü

İstirahət mərkəzində faciə - Suya tullanarkən başı daşa dəyib öldü

Hadisə

25 İyun 2024, 23:40

Cəlilabad rayon sakini Masallıda ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

 

Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

 

Meyit aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...