Modern.az

İmişlidə çox sayda silah-sursat TAPILDI

İmişlidə çox sayda silah-sursat TAPILDI

Hadisə

30 İyun 2024, 09:21

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd "AK-74" markalı avtomat, "Karabin", "F-1" əl qumbarası və 167 ədəd patron aşkarlanaraq götürülüb.

 

Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 21 ədəd ov tüfəngini könüllü polisə təhvil verib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!