Modern.az

Millətlər Liqasında ilk finalçı müəyyənləşdi

Millətlər Liqasında ilk finalçı müəyyənləşdi

İdman

15 İyun 2023, 08:50

UEFA Millətlər Liqasında “Dördlər finalı” start götürüb.

 

Modern.az xəbər verir ki, ilk yarımfinal oyununda ev sahibi Niderland millisi Xorvatiya yığmasını sınağa çəkib.

 

Rotterdamda keçirilən oyun əlavə vaxta gedib və kifayət qədər məhsuldar alınıb. Altı qolun vurulduğu matçın yekununda inamlı qələbə qazanan xorvatlar finala yüksəliblər.

 

Digər yarımfinal matçı bu gün İspaniya və İtaliya yığmaları arasında olacaq.

 

“Dördlər finalı”nın həlledici oyunu iyunun 18-də keçiriləcək.

 

UEFA Millətlər Liqası
“Dördlər finalı”
Yarımfinal

 

Niderland – Xorvatiya 2:4


Qol: Doniel Malen, 34. Noa Lanq, 90+6 – Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, “Feyenoord Stadionu”

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV