Modern.az

"Neftçi"nin yeni titul sponsoru SOCAR olacaq

İdman

15 İyun 2023, 21:29

"Neftçi"nin yeni titul sponsoru SOCAR olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabından xəbər yayıb.

 

Bildirilib ki, 2023/2024-cü illər mövsümündə “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni titul sponsoru ölkənin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olacaq. Müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun loqosu əks olunacaq.

 

Qeyd edək ki, 2018-ci ildə “Neftçi” ilə sponsorluq müqaviləsi imzalayan, 2019/2020-ci illər mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV