Modern.az

Braziliya dünya çempionatı ilə vidalaşdı

Braziliya dünya çempionatı ilə vidalaşdı

İdman

6 İyul 2026, 02:06

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, Braziliya millisi Norveçlə qarşılaşıb. Nyu-Yorkdakı "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Norveçin heyətində hər iki qolu Erlinq Holann vurub. "Sambaçılar"ın qoluna isə penaltidən Neymar fərqlənib.

Bununla da Braziliya millisi mundialda mübarizəni dayandırıb. Norveç isə 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Norveç növbəti raundda İngiltərə - Meksika cütünün qalibi ilə qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?