Modern.az

Zubirdən "Qarabağ"a VİDA MESAJI

Zubirdən "Qarabağ"a VİDA MESAJI

İdman

Bu gün, 15:40

Xəbər verdiyimiz kimi “Qarabağ” futbolçusu Abdullah Zubirlə yollarını ayırıb.

Modern.az xəbər verir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək Ağdam klubu ilə vidalaşıb.

“8 ildən sonra mənim üçün yeni mərhələyə başlamağın vaxtıdır. Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusilə mənim üzərimdə çox böyük rolu olan baş məşqçimə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyi etimada və mənə öyrətdiyi hər şeyə görə ona təşəkkür edirəm.

Ən əsası, bütün azarkeşlərə və bütün ölkəyə mənə göstərdikləri inanılmaz sevgiyə görə təşəkkür edirəm. Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə olub”.

Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama