Modern.az

Azərbaycan və Pakistan arasında ticarət müzakirəsi

Azərbaycan və Pakistan arasında ticarət müzakirəsi

İqtisadiyyat

15 İyun 2023, 11:44

Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması məsələləri müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.

 

"Həmkarım energetika naziri Pərviz Şahbazovla birlikdə Pakistanın ticarət naziri Səid Navid Qəmər və neft üzrə dövlət naziri Musadik Məsud Maliklə keçirdiyimiz görüşdə Azərbaycan- Pakistan iqtisadi münasibətlərinin inkişaf istiqamətləri, ticarət əlaqələrinin gücləndirilməsinə təkan verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı görülən işlər, qarşılıqlı sərmayələrin təşviqi və energetika sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq", - deyə o qeyd edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...