Modern.az

"Brent" ucuzlaşdı

"Brent" ucuzlaşdı

İqtisadiyyat

6 May 2026, 09:20

Dünya bazarında neft 2 dollara yaxın ucuzlaşıb.

Modern.az xəbər verir ki, NYMEX birjasında WTI markalı neftin iyun fyuçersləri 1,85% və ya 1,89 dollar azalaraq 1 barel üçün 100,38 ABŞ dolları təşkil edib.

Londonun ICE birjasında isə “Brent” markalı neftin iyul fyuçersləri 1,68% və ya 1,85 dollar azalaraq 1 barel üçün 108,02 ABŞ dolları olub.

Neft qiymətlərində azalma investorların Yaxın Şərqdə gərginliyin daha da genişlənməyəcəyi ilə bağlı gözləntiləri və bazarda mənfəət realizasiyası ilə əlaqələndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!