Modern.az

WUF13 qlobal şəhərsalma ictimaiyyəti üçün mühüm hadisədir - Anar Quliyev 

WUF13 qlobal şəhərsalma ictimaiyyəti üçün mühüm hadisədir - Anar Quliyev 

İqtisadiyyat

Bu gün, 09:36

WUF13 yalnız Azərbaycan üçün deyil, qlobal şəhərsalma ictimaiyyəti üçün də mühüm hadisədir.

Modern.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Bakıda keçirilən forum çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Bakı hökumətləri, liderləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri, qadınları, özəl sektoru və yerli icmaları bir məqsəd ətrafında birləşdirən qlobal platformaya çevriləcək.

“Bu məqsəd hamı üçün daha yaxşı şəhər gələcəyinin formalaşdırılmasıdır”, - o vurğulayıb.

Komitə sədri bildirib ki, Azərbaycanın WUF13-ə gedən yolu hələ 2021-ci ildən başlayıb:

“Həmin dövrdən ölkədə dayanıqlı şəhər inkişafı üzrə milli urban forumlar təşkil olunub və bu tədbirlər müxtəlif maraqlı tərəfləri şəhərlərin və yaşayış məntəqələrinin gələcəyinə dair müzakirələrə cəlb edib”.

Milli koordinator həmçinin vurğulayıb ki, bu forumlar milli koordinasiyanın gücləndirilməsinə, prioritetlərin müəyyənləşdirilməsinə, təcrübə mübadiləsinə, siyasətlərin Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasına töhfə verib.

“WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın şəhər inkişafına, çoxtərəfli əməkdaşlığa, maraqlı tərəflərin iştirakına və praktik icraya sadiqliyinin göstəricisidir.

O əlavə edib ki, mayın 17-dək forumda iştirak üçün 182 ölkədən 42 367 nəfər qeydiyyatdan keçib. Forumun ilk günü isə iştirakçı sayı 21 108 nəfər olub”.

Komitə sədri bildirib ki, Urban Expo sərgisi də foruma böyük marağın göstəricisidir. 

“Sərginin ümumi sahəsi təxminən 35 min kvadratmetrdir və bunun yarıya yaxını ekspozisiya sahəsindən ibarətdir. Ümumilikdə 85 ölkədən 260 təşkilat 122 stend və pavilyonda təmsil olunur.

Azərbaycan pavilyonunun 1500 kvadratmetr sahədə qurulduğunu, burada ölkənin irsi, şəhərsalma inkişaf yolu, turizm potensialı, eləcə də Qarabağ və Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin nümayiş etdiriləcək”, - deyə A.Quliyev qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?