Modern.az

Azərbaycan Rusiyaya tərəvəz tədarükü üzrə liderdir

Azərbaycan Rusiyaya tərəvəz tədarükü üzrə liderdir

İqtisadiyyat

18 May 2026, 15:45

Ötən il Azərbaycan Rusiya bazarına ən böyük tərəvəz tədarükçüsü olub və bu ölkənin ümumi tərəvəz idxalının 34 faizini təmin edib.

Modern.az xəbər verir ki, Rusiyanın Kənd Təsərrüfatı İnformasiya Agentliyi bildirir ki, Rusiya ötən il 1,187 milyard dollar dəyərində təxminən 480 min ton tərəvəz idxal edib. Bu idxalın ən böyük payı Azərbaycana məxsusdur. Türkmənistan 19 faiz ilə ikinci, Türkiyə və Çin isə hər biri 12 faiz olmaqla üçüncü yeri bölüşüb.

2024-cü ildə Rusiya 469 min ton tərəvəz idxal edib. Azərbaycan, həmçinin təchizatçılar arasında liderliyini qoruyub saxlayaraq Rusiya idxalının 30 faizini təmin edib. Türkmənistan 18 faiz, Türkiyə və Çin isə hər biri 11faiz paya malikdir. (Azərtac)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır