Modern.az

Azərbaycan nefti büdcə qiymətini 39 dollar üstələdi

Azərbaycan nefti büdcə qiymətini 39 dollar üstələdi

İqtisadiyyat

Bu gün, 09:30

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,72 ABŞ dollar bahalaşıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,72 ABŞ dolları və ya 2,67 % artaraq 104,4 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var