Modern.az

Vəkil: “Wikileaks saytının rəhbərinə ölüm hökmü kəsilə bilər”

Vəkil: “Wikileaks saytının rəhbərinə ölüm hökmü kəsilə bilər”

12 Yanvar 2011, 14:08

Wikileaks saytının yaradıcısı Culian Assanjı ölüm cəzası kəsilə bilər. Bu barədə onun vəkili Cefri Robertson bəyan edib. RİA-Novosti bildirir ki, vəklin sözlərinə görə, Assanj ABŞ –a ekstradisiya ediləcəyi təqdirdə Amerikada ona edam hökmü veriləcək.
“Hətta ABŞ ona ölüm cəzası verməyəcəyi barədə öhdəlik götürsə belə, yenə də Assanjın məhkum edilmək təhlükəsi var”-deyə Robertson bildirib.

Xatırladaq ki, fevralın 7-də Culiyan Assanjın İsveçə ekstradasiya edilib-edilməyəcəyi bəlli olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!