Modern.az

Sabahın PROQNOZU - Hava PİSLƏŞƏCƏK

Sabahın PROQNOZU - Hava PİSLƏŞƏCƏK

7 İyun 2016, 13:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi əsəscək arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 22-26, Bakıda gecə 18-20, gündüz  23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13,  gündüz 13-17 dərəcə isti olacaq.

 

Xəbərdarlıq İyunun 7-si axşamdan 10-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

 

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?