Modern.az

Arpadarai 900 manatlıq cərimə məsələsinə belə aydınlıq gətirdi

Arpadarai 900 manatlıq cərimə məsələsinə belə aydınlıq gətirdi

Aktual

11 İyun 2016, 16:28

Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai “Formula 1” yarışlarının keçiriləcəyi günlərdə ərazidə yaşayan sakinlərin öz evlərinin eyvanından baxmalarına görə 900 manat məbləğində cərimələnəcəklərinə dair iddialara aydınlıq gətirib.

 

N.Arpadarai Modern.az saytına açıqlamasında deyib ki, ərazidə yaşayan sakinlər öz eyvanlarından yarışı izləyə bilərlər:

 

“Bununla bağlı hər hansı qadağa və cərimə nəzərdə tutulmayıb. Bunun əksini deyənlər isə yalan məlumat yaymaqla məşğuldur”.

 

Buna abxmayaraq N.Arpadarai cərimənin ola biləcəyini istisna etməyib:

 

“Dövlət qurumları tərəfindən həmin binaların sakinləri ilə bir-bir söhbət aparılıb. Mən bildiyim qədəri ilə vətəndaşlar eyvandan aşağı nə isə qəsdən, təhlükə törətmək məqsədi ilə atacağı təqdirdə cərimə oluna bilərlər. Amma eyvandan oturub yarışa baxmağa görə heç bir qadağa və cərimə yoxdur”.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır