Modern.az

Azərbaycanlı deputat erməni həmkarını SUSDURDU

Azərbaycanlı deputat erməni həmkarını SUSDURDU

5 İyul 2016, 12:11

Bu gün ATƏT PA-nın 25-ci sessiyasının son iclası baş tutub. 

 

Modern.az-ın xəbərinə görə, sonuncu iclasda Azərbaycan nümayəndə heyəti Ermənistan nümayəndə heyətinin daha bir təxribat və yalanın qaşısını alıb.

 

Belə ki, Ermənistanlı deputat fransız dilində çıxış edərək, yenə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deputatlara həqiqətə uyğun olmayan, yalan məlumatlar çatdırmağa cəhd edib.

 

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Həsənov çıxış edərək erməni tərəfə əsaslı və tutarlı cavab verib.

 

Elşad Həsənov erməni deputatın tamamilə yalan olduğunu bəyan edib:

 “Etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçirən bir ölkənin nümayəndəsinin ATƏT PA kimi beynəlxalq, nüfuzlu bir təşkilatın tribunasından meydan kimi istifadə etməsi, yalan bəyanatlar səsləndirməsi bizdə təəssüf hissi doğurur.

 “Bir dövlətin başçısı əsrin faciəsi olan Xocalı soyqırımını törətdiklərini etiraf edirsə, o ölkənin deputatının belə absurd məlumatlar yayması hamıda təəssüf hissi doğurur”.

Azərbaycanlı deputat Dağlıq Qarabağ münaqişəsinin həllində qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərəf kimi tanınmasının qeyri-mümkün olduğunu deyib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!