Modern.az

Ərdoğandan İlham Əliyevə Ramazan təbriki...

Ərdoğandan İlham Əliyevə Ramazan təbriki...

Aktual

5 İyul 2016, 12:24

Türkiyə prezidenti Ərdoğan Ramazan bayramı münasibətilə Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, İraq və Bosniya Herseqovinanın liderlərini təbrik etdi.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyip Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev, Səudiyyə Ərəbistanı kralı Səlman ibn Əbdüləziz əl Suud , Qətər əmiri Şeyx Təmim ibn Həmid əl Sani və atası Əmir Həmid ibn Xəlifə əl Sani, İraq prezidenti Fuad Məsum, Bosniya və Herseqovina lideri Bəkir İzzətbeqoviçə telefonla zəng edib.

 

 Ərdoğan telefon söhbəti zamanı liderləri Ramazan bayramı münasibətilə təbrik edib, xalqına rifah və əmin-amanlıq arzularını çatdırıb.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır