Arxiv
28 Sentyabr 2016, 15:00 | HADİSƏ
Qardaşı şeyxin dini televiziya yaratmaq təklifinə belə reaksiya verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə dini televiziyanın yaradılması barədə təklif irəli sürüb.

 

Şeyxülislam bu barədə dövlət başçısı ilə söhbət apardığını qeyd edib. Həmçinin, QMİ sədri jurnalistlər üçün dini kursların açılmasını da təklif edib.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə mövzu barədə Modern.az-ın suallarını cavablandırıb.

“Qafqazın şeyxi dini televiziyanın yaranması ilə bağlı təklif verib. Təbii ki, bu, bir fikirdir. Bu, o demək deyil ki, bu olacaq ya olmayacaq. Nədənsə, İslam adı gələndə bəziləri qıcıqlanır. Halbuki, dini televiziyada söhbət təkcə İslam dininin yox, ümumi dinlərin təbliğindən gedir . Qonşu  Rusiyada da dini televiziya var. Orada dini mövzular tez-tez tamaşaçılara təqdim olunur”,-deyə deputat bildirib.

 

Onun sözlərinə görə, dini televiziyanın yaranması həm də dini məsələlərlə bağlı məsuliyyəti artırır.

“Bəzən dini mövzular müəyyən söhbətlərə səbəb olur. İslam dini kimi, digər dinlər də doğru təqdim olunmur.

Ona görə də dini televiziya məsələsində şeyx sadəcə, təklif irəli sürüb və təklifinə cavab da istəyir. Əgər dini kanalın yaranmasına zərurət varsa, xalqımızın, dövlətimizin inkişafına xidmət edəcəksə, o zaman bu, niyə olmasın?! Fikrimcə, şeyxin təklifi ətrafında məsləhətləşmələr mütləq olacaq”.

Jurnalistlərin dini kurslara cəlb olunması fikirlərinə gəlincə, deputat buna ancaq müsbət hal kimi dəyərləndirdiyi deyib.

“Dini kursların keçirilməsi müsbət hal ola bilər. Çünki jurnalist dini məsələlərdən agah olmalıdır ki, dindar müsahiblə həmsöhbət olmaq ona rahat olsun.

Məgər, Azərbaycanda jurnalist kimi fəaliyyət göstərənlərin hamısı xristianlıq, buddizm, islam barədə geniş bilgiyə sahibdirmi?! Amma dini kurslar təşkil olunarsa, bu həm də jurnalistlərin istənilən din nümayəndəsi ilə həmsöhbət olmasına geniş şərait yaradacaq. Bütün dinlərin fərqli ayinləri, xüsusi bayramları var. Bu tədbirlərin, ayinlərin doğru şəkildə təqdim olunmasının nəyi pisdir?! Düşünürəm ki, burada qəbahətli heç nə yoxdur”.

 

Qeyd edək ki, Cavanşir Paşazadə Hacı Allahşükür Paşazadənin qardaşıdır.

 

 

Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05 Rusiyalı məşqçi koronavirusdan öldü 31 May 2020, 20:02 Əhalinin banklardakı əmanətləri azaldı - Mərkəzi Bank 31 May 2020, 19:58 Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47 Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında 31 May 2020, 19:38 “Renault”un 8 minədək işçisi nümayiş keçirdi 31 May 2020, 19:28 Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası 31 May 2020, 19:25 Xəzərin bu hissəsində çimərliklər açılır 31 May 2020, 19:22 Britaniyada son sutkada koronavirusdan 113 nəfər öldü 31 May 2020, 19:15 Göyçayda 10-cu sinif şagirdi kanalda batdı 31 May 2020, 19:07 Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir 31 May 2020, 18:58 Bakıda ana və azyaşlı oğlunu maşın vurdu 31 May 2020, 18:51 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 31 May 2020, 18:20 Bankların kredit qoyuluşları azalıb 31 May 2020, 18:04 Şamaxı Rayon Ağsaqqalları Prezidentə müraciət etdilər 31 May 2020, 17:58 Rusiyada koronavirusa yoluxanların sayı 400 mini keçdi 31 May 2020, 17:52