Modern.az

Xoruz döyüşdürən 33 nəfər həbs olunub

Xoruz döyüşdürən 33 nəfər həbs olunub

21 Fevral 2011, 16:31

ABŞ-ın Nyu-York şəhərində polisin keçirdiyi reyd zamanı xoruz döyüşdürmə mərasiminin 33 iştirakçısı həbs olunub. Modern.az saytı xarici mətbuata istinadla xəbər verir ki, hadisə yaşayış binalarından birinin zirzəmisində baş verib. Qanunsuz xoruz döyüşlərinin 2 əsas təşkilatçısına qarşı qadağan olunmuş mərasim keçirməyə görə ittiham irəli sürülüb. Reyd zamanı həmn yerdən 40 xoruz müsadirə olunub. İndi “yarış” təşkilatçılarnı iri məbləğdə cərimə gözləyir. Oxşar hal bu ilin yanvarında da baş verib. Texas ştatında xoruz döyüşünə görə 176 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir