Modern.az

Deputatlar hansı yaşdadırlar - STATİSTİKA

Deputatlar hansı yaşdadırlar - STATİSTİKA

Aktual

17 Oktyabr 2016, 14:10

Azərbaycan Mili Məclisində olan deputatların yaşları açıqlanıb.

 

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycanda deputatlardan 15 nəfərinin 70-dən çox yaşı var.

 

70 və daha yuxarı yaşda olan deputatlardan 14-ü kişilərdir. 19 deputat isə 65-69 yaş arasındadır. Bu yaşda olan deputatlardan 18-i kişilərdir.

 

16 deputat 60-64 yaşlarındadır ki, onlardan 2-si qadındır. 17 deputat 55-59, 20 deputat 50-54, 16 deputat isə 45-49 yaşlarındadır.

 

Parlamentdə 25-29 yaşlarında deputat yoxdur. 30-34 yaşlarında 3, 35-39 yaşlarında 9, 40-44 yaşlarında isə cəmi 10 deputat var.

Xatırladaq ki, parlamentdə olan deputatların 16,8 faizi qadın, 83,2 faizi kişilərdir. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır