Modern.az

Rumıniyanın keçmiş prezidentinə Moldova vətəndaşlığı verildi

Rumıniyanın keçmiş prezidentinə Moldova vətəndaşlığı verildi

4 Noyabr 2016, 12:06

Rumıniyanın keçmiş prezidenti Trayan Besesku və həyat yoldaşı Mariya and içərək Moldova vətəndaşı olublar.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, mərasim Moldovanın Buxarestdəki səfirliyində keçirilib.

“Bu respublika mənim üçün əzizdir. Məhz buna görə Rumıniyanın prezidenti olduğum 10 il ərzində mən Moldovanın rifahı naminə və bu ölkənin Avropa kursunu dəstəkləmək üçün çalışmışam”, - Besesku deyib.

Keçmiş prezident və onun xanımı Moldova vətəndaşlığı almaqdan ötrü sənədlərini martın 18-də təqdim ediblər.

Besesku 2004-2014-cü illərdə Rumıniyanın prezidenti olub.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır