Modern.az

Səfir Türkiyədə təhsil alan azərbaycanlıların sayını AÇIQLADI

Səfir Türkiyədə təhsil alan azərbaycanlıların sayını AÇIQLADI

4 Noyabr 2016, 15:43

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib. Qonağı salamlayan rektor, ona yeni fəaliyyətində uğurlar arzulayıb. Səfirə universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov BDU-nun beynəlxalq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb. Bakı Dövlət Universitetində 500-dən artıq türkiyəli tələbənin təhsil aldığını deyən rektor əlaqələrin daha da inkişafında maraqlı olduğunu, səfir Erkan Özoralın bu əməkdaşlığın genişlənməsinə öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.

Səfir Erkan Özoral, öz növbəsində, universiteti ziyarətindən məmnunluğunu bildirib. BDU ilə Türkiyə universitetlərinin əlaqələrini yüksək qiymətləndirən səfir, yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb. Türkiyə ali təhsil ocaqlarında 1300 azərbaycanlı tələbənin təhsil aldığını deyən səfir Erkan Özoral onların gələcəkdə ölkələrarası əlaqələrdə körpü olacaqlarını vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.

 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?