Modern.az

İlham Əliyev qalib komanda ilə görüşüb

İlham Əliyev qalib komanda ilə görüşüb

3 Noyabr 2009, 19:16

Noyabrın 3-də Prezident İlham Əliyev Serbiyada keçirilmiş şahmat üzrə Avropa çempionatının qalibi olmuş kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Ölkə başçısı şahmat üzrə milli komandamızın Avropa çempionu olmasını tarixi qələbə kimi səciyyələndirib və bu münasibətlə komandanın üzvlərini təbrik edib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bu qələbəni Azərbaycanda gedən inkişaf prosesinin məntiqi nəticəsi kimi dəyərləndirib.
Komandanın kapitanı Zurab Azmayparaşvili Azərbaycan idmançılarının qələbəsi münasibətilə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlumjinovun təbrik məktubunu Prezident İlham Əliyevə təqdim edib.
Komandanın üzvü Vüqar Həşimov bundan sonrakı yarışlarda da yüksək nəticələr göstərəcəklərinə söz verib.
Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı