Modern.az

Səhiyyə Nazirliyi: "67 nömrəli məktəbin şagirdində vəba aşkarlanmayıb"

Səhiyyə Nazirliyi: "67 nömrəli məktəbin şagirdində vəba aşkarlanmayıb"

Təhsil

4 Noyabr 2009, 13:28

Bəzi mətbuat orqanları Bakı şəhəri, Sabunçu rayonundakı 67 nömrəli məktəbinin bir şagirdində vəba xəstəliyinina şkarlandığı barədə məlumat yayıb. Noyabrın 4-də Səhiyyə Nazirliyi həmin məlumatlara aydınlıq gətirib.
Səniyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Modern.az-a verilən məlumatda  bildirilib ki, oktyabrın 25-də Bakı şəhəri, Sabunçu rayonunun 67 nömrəli məktəbinin şagirdi qastrit diaqnozu ilə 5 saylı Uşaq yoluxucu xəstəxanasına qəbul edilib. "Təlimata uyğun olaraq xəstədən nümunə götürülərək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar laboratoriyasında müayinə edilib və xəstədə NAQ-vibrionu (Xeyberq) daşıyıcılığı aşkarlanıb. NAQ vibrionları vəba xəstəliyinin törədiciləri olmayıb, bu xəstəliklə heç bir əlaqəsi yoxdur. Bu vibrionlar yalnız kəskin bağırsaq infeksiyaları törədə bilər.  NAQ vibrionunun daşıyıcılığı aşkar edildiyinə görə xəstənin oxuduğu məktəbdə adi bağırsaq infeksiyaları ocaqlarında aparılan tədbirlər həyata keçirilib"-deyə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir