Modern.az

“Bakcell”dən “Facebook” istifadəçilərinə müjdə

“Bakcell”dən “Facebook” istifadəçilərinə müjdə

9 Mart 2011, 19:15

Azərbaycanın ilk mobil operatoru “Bakcell” bildirir ki, dünən texniki səbəblərlə əlaqədar “Bakcell” abunəçilərinin mobil telefonlar vasitəsilə bəzi İnternet səhifələrinə, o cümlədən bəzi sosial şəbəkələrə daxil olmasında müəyyən texniki problemlər yaranıb. “Bakcell” şirkəti yaranmış texniki problemləri martın 7-də gecə saatlarında aradan qaldırıb. Artıq “Bakcell” abunəçiləri öz mobil telefonlarından əvvəlki kimi istənilən internet səhifəsinə rahat daxil ola bilərlər.

 

“Əlavə edək ki, yaxın günlərdə “Facebook”da “Bakcell”in rəsmi səhifəsi (fan page) öz işinə başlayacaq”-deyə şirkətdən bildirilib.

 

Bakcell şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Şəbəkənin inkişafına yönəldilmiş iri miqyaslı investisiyalar sayəsində hazırda Bakcell əhalinin 95%-ni və ölkə ərazisinin 82%-ni əhatə edir. Şirkətin abunəçilərinin sayı 2.5 milyona çatıb.

Bakcell-in məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir