Arxiv
7 Dekabr 2016, 09:53 | İQTİSADİYYAT
Eks-maliyyə naziri: “Vəziyyət sadə deyil” - MÜSAHİBƏ

Əvəz Ələkbərov: “2017-ci il  iqtisadiyyatı olduğca gərgin görsənir, amma ümid edirəm, imkanlar artacaq...

1999-2006-cı illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində çalışmış Əvəz Ələkbərov Modern.az-a müsahibəsində iqtisadiyyatdakı durumu şərh edib:

- Sabiq maliyyə naziri kimi Azərbaycanda neftin ucuzlaşması ilə bağlı yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?

-Azərbaycanın iqtisadi vəziyyəti hazırda elə də sadə deyil, mürəkkəbdir, amma bu vəziyyətdən çıxış yolları var. Ölkə rəhbərliyinin bununla bağlı fərmanları, sərəncamları, qərarları mövcuddur, yəni müəyyən proses gedir. Çıxış yolu həm də ondadır ki, bundan sonra həm dövlət müəssisələrinin, həm də dövlət büdcəsi vəsaitlərindən daha səmərəli, intizamlı, effektiv istifadə olunsun, büdcə kəsiri az olsun, ölkədən valyuta çıxışına nəzarət gücləndirilsin, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı və turizm inkişaf etdirilsin.Vəziyyətlə bağlı hər bir məmur ,hər bir vətəndaş öz töhfəsini verməlidi. Sünü qiymət artımının qarşısı alınmalıdır və burada vətəndaş cəmiyyəti də iştirak etməlidir.

-Yəqin ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi barədə məlumatlarınız var. Sənədi necə qiymətləndirisiniz?

- Dünyada gedən prosseslər olduqca mürəkəbdir, neftin qiymətinin də qalxması və stabilləşməsi hələ sual altındadır. Ölkəmizdə büdcə qanunvericiliyi bazası fikirimcə normaldı. Amma makroiqtisadi situasiya mürəkkəbdir. Bir tərəfdən manatın devalvasiyası, banklarda olan böhranlı vəziyyət, özəl sektorda aktivliyin azalması, neftin qiyməti, enerji daşıcıyıların qiymətinin artdığı bir zamanda və bir sıra sosial problemlərin həlli şəraitində optimal büdcə gəlirləri və xərcləri formalaşdırmaq  böyük professionalıq tələb edir. Mənə belə gəlir Azərbaycan Respublikası Maliyyə Nazirliyi aidiyyati dövlət qurumları ilə necə-necə variantları ölcüb-biçib ən optimal variantı seçib və yüksək professionalıq nümayiş etdiriblər, sosial proqramların həyata keçirilməsində elə bir problem görsənmir.

-2017-ci il dövlət büdcəsi layihəsinin özəllikləri hansılardır?

- Dövlət Neft Fondundan dövlət büdcəsinə yönəldilən transferin məbləğinin mərhələlərlə azaldılması;

- Dövlət büdcəsinin neftdən asılılığının aşağı salınması və qeyri-neft gəlirlərinin artırılması hesabına büdcənin cari xərclərinin tamamilə qeyri-neft gəlirləri hesabına təmin olunması sosial-iqtisadi və büdcə-vergi siyasətinin başlıca prioriteti kimi müəyyən edilib;

- Cari ildə yürüdülən fiskal yığcamlaşdırılma siyasətinin davam etdirilməsi, dövlət büdcəsi xərclərinin azalması manat emissiyasını məhdudlaşdırmaqla valyuta bazarındakı təzyiqin nisbətən yumşaldılmasına, yəni manatın məzənnəsinin sabit saxlanılmasına və dolayısı ilə məzənnə üzərindəki təzyiqlərin azalmasına kömək edilməsi;

- İlk növbədə valyuta bazarındakı gərginliyi aradan qaldırmaqla ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi, dövlət büdcəsinin xərclərinin sosialyönümlüyünün təmin edilməsi;

-  Əhalinin yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və mənzil ipotekasının tətbiqi üçün dəstəyin davam etdirilməsi;

- Növbəti ildə əhalinin əsas sosial-demoqrafık qrupları üzrə yaşayış minimumu məbləğinin 2016-cı illə müqayisədə 14 faiz artırılaraq 155 manata, əmək qabiliyyətli əhali üzrə 12,7 faiz artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2 faiz artaraq 130,2 manata, uşaqlar üçün isə 16,8 faiz artırılaraq 136,6 manata çatdırılması;

- Növbəti ildə ümumtəhsil məktəblərdə çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi yolu ilə əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını təmin etmək istiqamətində əvvəlki illərdə başlanılmış işlərin 2017-ci ildə də davam etdirilməsi;

- Torpaqlardan səmərəli istifadə, pambıqçılığın, taxılçılığın, tütünçülüyün və baramaçılığın inkişafının daha da genişləndirilməsi; ölkədə ərzaq və ekoloji təhlükəsizliyin daha da gücləndirilməsi, daxili əmtəə bazarlarının, kənd təsərrüfatının aparıcı sahələrinin stimullaşdırılması və kompleks inkişafı;

 -Mühüm investisiya layahələrinin həyata keçirilməsi;

 -Xarici öhdəliklərin tam və vaxtında yerinə yetirilməsi; 

 -Dövlət büdcəsi kəsirinin idarə olunan səviyyədə saxlanılmasına nail olunması.

- Hərdən belə fikir səslənir ki, neftin kəskin bahalaşması, Azərbaycanın böyük neft gəlirləri əldə etməsi ölkənin qeyri-neft sektorunun inkişafına kömək olmadı, iqtisadiyyatı şaxələndirmək, bu günə hazırlamaq mümkün olmadı. Bununla bağlı fikriniz necədir?

- Belə demək doğru deyil, neftin bahalaşmasının faydası çox oldu. 1990-cı illərdə Azərbaycanın bütün ölkələrlə iqtisadi əlaqələri kəsilmişdi, zavod-fabiklərin işi dayanmışdı, ölkədə 1 600 faizlik hiperinflyasiya müşahidə olunurdu və bütün bu problemlərin qarşısı neft pulları hesabına alındı. Azərbaycanda gözəl infrastruktur quruldu, su, elektrik enerjisi, təbii qaz xətləri yeniləndi, meliorasiya, yollar  tikildi, abadlıq işləri görüldü. Makroiqtisadi mühit yaxşılaşdı. Eyni zamanda, qeyri-neft sektorunun inkişafına da pul qoyuldu. Çoxlu  müasir  mehmanxanalar, istehsal müəsissələri, yeni-yeni iş yerləri yaradıldı. Sahibkarlığa Kömək Milli Fondu yaradılaraq iş adamlarına güzəştli kreditlər verildi. Amma görünür, neftdən kənar sektora daha çox diqqət göstərmək lazım imiş, indi bu qayğı artmalıdır.

-Banklardakı vəziyyət və Azərbaycan Beynəlxalq Bankında gedən proseslərə baxışınız necədir?

- Banklarda vəziyyət olduqca ağırdır. Bu yaxınlarda Maliyyə Bazarlarına nəzarət Palatası və Banklar Assosiasiyası tərəfindən bankçılıq forumu keçirildi, çıxış yolları müzakirə edildi. Hələ görüləsi tədbirlər çoxdur, olduqca çevik addımlar atmaq lazımdır.  Beynəlxalq Bankın fəaliyyəti ilə bağlı narahatlıq o vaxtlar da olub. Mən nazir olanda tez-tez banka məktublar göndərirdik, iradlarımızı bildirirdik. Bu vəziyyət olmamalı idi. Bankın səlahiyyətli İdarə Heyəti olub, o, yaxşı idarə etməli idi, bank menecmenti yüksək səviyyədə olmalı idi, riskli kreditləşməyə getməməli idi, kim günahkardı-artıq müvafiq istintaq tədbirləri aparılıb və məhkəmə qərar verib. Bəri başdan bilmək lazım idi ki, intizamsız atılan addımlara görə gec-tez haqq-hesab soruşacaqlar. Beynəlxalq Bankda  baş verən mənfi şeylər olmasa və bankın vəziyyəti daha yaxşı olsaydı, bütün bank sektoruna öz müsbət təsirini göstərərdi.

 

Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13